Qafqaz пишет о себе
19 illik fəaliyyət dövründən sonra Qafqaz Müstəqil Televiziya və Radio Şirkəti 09 avqust 2017-ci ildən yeni konsepsiya, ad və brend olaraq yayımdadır. Telekanal Quba şəhərindən yayımlanır. Televiziyanın şimal bölgəsinin 6 rayonu olmaqla 500 minə yaxın tamaşaçı kontingenti var. 1 ildən artıqdır ki, yeni inkişaf dövrünə qədəm qoyan Qafqaz TV-nin birinci işi yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etməkdir. Bunun üçün televiziya yeni inzibati bina ilə təmin olunub. Bundan başqa telekanal ən son, müasir texnologiya ilə də təchiz olunub. Bütün bunlardan sonra televiziyada fəaliyyət üçün istedadlı gənclər işə cəlb olunub ki, kastinqlər bu gün də davam edir. Bu kastinqləri respublikanın tanınmış televiziya xadimlərinin keçirir. Bu kastinqlərdə iştirak edən gənclərin karyera qurmasında Qafqaz Televiziyasının rolu danılmazdır. Hal-hazırda telekanalın efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı hüquq, səhiyyə, mədəniyyət, tarix, ədəbiyyat, turizm ilə bağlı maarifləndirici xarakterli verilişlər, bir-birindən maraqlı layihələr yayımlanır. Kanal gün ərzində 18 saat efir yayımı həyata keçirir. Televiziyanın həftəlik efir müddətinin 70%-ni yerli verilişlər, qalan 30%-ni isə xarici proqramlar təşkil edir. Qafqaz TV-nin yayımında məqsəd bölgədə və ölkədə yaşayan insanların müxtəlif sahələr üzrə maarifləndirilməsi, tamaşaçıların zövqünü oxşayan telelayihələr ərsəyə gətirmək və ucuz informasiyaya, xəbərçiliyə son qoymaqdan ibarətdir. Nəzərdə tutulan bütün verilişlər birbaşa insanların şüuruna, onların dünyagörüşünə və mədəniyyətinə təsir edəcək şəkildə tərtib olunur. 1 mart 2014-cü ildən artıq Qafqaz TV onlayn olaraq internet üzərindən də yayımlanmağa başlayıb. Artıq dünyanın dörd bir tərəfində Qafqaz Televiziyasını www.qafqaztv.az saytı ilə də izləmək mümkündür. Qeyd edək ki, 2016-cı ilin noyabrından Qafqaz Televiziyası analoq yayımından rəqəmsal yayıma keçib.