Cholchu пишет о себе
ÇÖLÇÜ " SOSİAL KLUBU
Klubun məqsədi inkişaf etmək istəyən milli təfəkkürlü işgüzar və yaradıcı adamları birləşdirməkdir.Sağlam həyat tərzi və fəlsəfəsini təbliğ edən bu klub,öz üzvlərinin həyatlarını asanlanlaşdıracaq və rəngləndirəcək lahiyələr həyata keçirəcək.
Klub üzvləri hər ay klubun təşkilati və tanıtım işləri üçün üzvlük haqqı ödəyəcək.
Klubun həyata keçirəcəyi layihələr.
1) Zərərli vərdişləri tərgitmək təlimləri
2) Fərqli İdman növləri ilə məşgul olmaq
3) Maraqlı yerlərə səyahətlər,yürüşlər
4) Müxtəlif peşələrlə tanışlıq
5) Tanınmış insanlarla görüşlər
6) Müxtəlif sosial layihələri reallaşdırmaq
7) Biznes ideyaları üçün beyin fırtınaları
8) Fotossesiyalar
9) Maraqlı faydalı Sənədli və Bədii Film baxışları
10) Qarderob və İmic təlimləri
11) Audiokitab Bankı -
12 ) Ailəvi əyləncələrin təşkili, Teatr,uşaq əyləncə mərkəzləri,konsertlərə biletlərin təşkili
14) Lazımsız əşyaların mübadiləsi
"ÇÖLÇÜ" klubu sizin ətrafınızda real sosial şəbəkə yaradacaq,bu şəbəkə istər şəxsi istərsə də işgüzar həyatınızda qarşınıza çıxan problemləri çox daha asan həll etmənizə kömək edəcək.Ətrafınızda sizin kimi intillektual,aktiv,pozitiv və güclü insanların toplanması sizi özünüzü mükəmmələşdirmək üçün güclü motivasiya edəcək.Unutmayın güc bilikli birlikdədir.Bundan əlavə klubun mütəmadi olaraq təşkil edəcəyi Oba-lar (Camp-düşərgələr) gündəlik monotonlaşmış həyatdan uzaqlaşıb , təbiətin mənzərəli guşələrində həm istirahət etməyinizə həmdə işinizlə bağlı yeni ideyalar tapmağınız üçün ideal mühit olacaq.
Klub tərəfindən təşkil olunmuş Obada iştirakçıların məşğul olduğu sahələri nəzərə alınacaq.Obada həm maraqlı mövzular muzakirə olancaq həm də iştirakçıların əylənməsi üçün şərait yaradılacaq. Bu obalar sizin və uşaqlarınızın həm ruhi həm də fiziki sağlamlığına çox faydalı olacaq.
"ÇÖLÇÜ " klubu özünü inkişaf edirmək istəyən şəxslər üçün geniş prespektivlər açacaq